Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Sə­fər­bər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsində Xidmətin yaranmasının 7-ci ildönümü qeyd edildi

0

  •         13 fevral tarixdə Sə­fər­bər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsində Xidmətin yaranmasının 7-ci ildönümü qeyd edildi. Tədbir iştirakçıları və xidmətin Xocalı rayon bölməsinin əməkdaşları əvvəlcə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində ucaldılmış Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
            Xocalı rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbiri giriş sözü ilə açan Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva Sə­fər­bər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
    Xidmətinin Xocalı rayon bölməsinin rayon gənclərində hərbi - vətənpərvərlik ruhunun artırılması istiqamətinə gördüyü işlərdən danışdı.  
            Sonra Sə­fər­bər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi, polkovnik-leytenant Bəxtiyar Məmmədov məruzə ilə çıxışında bildirdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş hərb quruculuğu
    prosesi nəticəsində bu gün Respublikamız regionun ən güclü Silahlı Qüvvələrinə
    malikdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı
    nəticəsində Ordumuz ən müasir silahlar və hərbi texnika ilə təchiz olunur,
    həmçinin günün tələblərinə uyğun olaraq struktur islahatlar aparılır.
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də məhz 7 il öncə
    həyata keçirilmiş islahat nəticəsində yaradılmış, hazırda qarşıya qoyulmuş vəzifə
    və tapşırıqları uğurla icra etməkdədir. 


            Bəxtiyar Məmmədov qeyd etdi ki, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, müd­dətli həqiqi hərbi xidmətə çağırışaqədərki ha­zır­lığı, ilkin hərbi qeydiyyata alınması, xüsusi hərbi ix­tisaslar üzrə hazırlığı, müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təşkili istiqamətində də Xidmətin Xocalı rayon bölməsi tərəfindən bir sıra işlər gö­rül­müşdür. 
            Daha sonra Xocalı rayon Kosalar kənd tam orta məktəbinin çağırışaqədərki hazırlıq rəhbəri Arif İbrahimov, Xocalı şəhər 1 saylı tam orta məktəbin direktoru Vidadi Rəhimov çıxışlarında məktəb şagirdlərində hərbi vətənpərvərlik ruhunun artırılması üçün görülən işlərdən danışdılar. Şagirdlərin əsgəri vərdişlərə yiyələnmələri məqsədilə Çağırışaqədərki hazırlıq fənninin yüksək səviyyədə tədris edilməsinin vacibliyini vurğuladılar.
            Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov çıxışı zamanı dedi ki, müstəqilliyimizin ilk vaxtlarında, xüsusilə AXC-Müsavat hakimiyyəti  dövründə ölkədəki hərc-mərclik, çəkişmələr, silahlı qarşıdurmalar ordumuza da sirayət etmiş, zabit və əsgərlər müxtəlif siyasi qruplaşmaların təsiri altına düşdüklərindən bir çox problemlər yaranmışdı. Bütün bunlara yalnız Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi ilə son qoyuldu. Ümummilli lider Heydər Əliyev ilk gündən ordu quruculuğu məsələlərinə xüsusi diqqət yetirdi. Nizami ordu quruculuğu yolunda ciddi addımlar atıldı.
            Ramiz Qəhrəmanov ermənilərin öz ordularına güvənmədiyini dedi. Çünki Azərbaycan Ordusu zəif erməni ordusundan dəfərlərlə güclüdür. Bu gün dünyanın ən güclü ordularının reytinq siyahısında Azərbaycan Ordusu layiqli yerini tutur.
            DTX-nin Qarabağ İdarəsinin Xocalı rayon bölməsinin rəisi Nəvai Hüseynov çıxışında bildirdi ki, layiqli Azərbaycan vətəndaşı olmaq üçün ilk öncə şəxsiyyət kimi formalaşmalıyıq. Biz özümüzə Vətən yolunda nə etmişik sualını verməklə öz kimliyimizi müəyyənləşdirmiş  olarıq. 
            Vətənpərvərlik ailə də başlayır, sonra isə cəmiyyədə formalaşır. Biz hər birimiz Vətən yolunda müsəlləh əsgər olmalıyıq. 
            Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov bildirdi ki, 1994-cü il mayın 12-də atəşkəs elan ediləndən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi.
            Rayonumuzun rəhbəri cənab Şahmar Usubov Xidmətin Xocalı rayon əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırdı. 

            Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Sə­fər­bər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin rəisi, polkovnik-leytenant Məmmədov Bəxtiyar İbrahim oğlunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi münasibətilə rayon ictimaiyyəti adından təbrik edərək, gələcək fəaliyyətində uğurlar arzuladı.   
            Sonda Xocalı rayon ümumtəhsil məktəblərində bir qrup çağırışaqədərki hazırlıq rəhbərləri və Sə­fər­bər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin xidmətdə fərqlənən əməkdaşlarına Fəxri Fərman və pul mükafatı verildi.


























































            
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib73 dəfə
    Sə­fər­bər­lik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsində Xidmətin yaranmasının 7 ci ildönümü qeyd edildi

    Maraqlı gələ bilər
    50
    138